Masallıda qadın əri tərəfindən bıçaqlanıb

Masallıda qadın əri tərəfindən bıçaqlanıb
# 28 avqust 2021 12:51 (UTC +04:00)

Masallıda 30 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı rayonunun Xıl kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Elza Qəfər qızı Ağayeva həyat yoldaşı 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən bıçaqlanıb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Hadisə ailə-məişət zəminində yaranan mübahisə nəticəsində baş verib.

Hadisəni törədən A.Ağayevin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR