Mədəniyyət Nazirliyi Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri barədə təkliflər hazırlayacaq

Mədəniyyət Nazirliyi Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri barədə təkliflər hazırlayacaq
# 02 iyul 2021 17:01 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Ədliyyə Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Ədliyyə Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi qaydası və müddəti, Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqavilələrinin forması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasının layihəsi və Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə bağlı təkliflər də iki ay müddətində Nazirlər Kabinetinə olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR