Media nümayəndələri BŞTİ tərəfindən təltif olunub

BŞTİ-nin müdiri Mehriban Vəliyeva

© APA | BŞTİ-nin müdiri Mehriban Vəliyeva

# 17 iyul 2021 17:22 (UTC +04:00)

22 iyul - Millli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən media nümayəndələri təltif olunub.

İdarədən APA-ya verilən xəbərə görə, BŞTİ-nin müdiri Mehriban Vəliyeva media təmsilçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. İdarə müdiri təhsildən yazan, maarifçilik, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnunluğunu ifadə edib.

Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən M. Vəliyeva bütün peşəkar media qurumlarının təhsilə, məktəbə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasında həssaslıq göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan mətbuatının inkişafında ulu öndər Heydər Əliyevin rolundan bəhs edən İdarə müdiri Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi-normativ bazasının yaradılmasında, azad sözün, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli liderin xidmətlərindən bəhs edib.

M. Vəliyeva bildirib ki, Azərbaycanda media siyasəti və ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev zəfərlə başa çatan Vətən Müharibəsində informasiya savaşının da önündə oldu və medianın imkanlarını haqq səsimizin dünyaya çatdırılmasına yönəltdi.

Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR