Məhkəmə Ekspertiza Mərkəzi: Son zamanlar “patı”dan arıqlamaq üçün istifadə olunur

Məhkəmə Ekspertiza Mərkəzi: Son zamanlar “patı”dan arıqlamaq üçün istifadə olunur
# 26 iyul 2021 11:35 (UTC +04:00)

“Son zamanlar “patı” deyilən narkotik vasitədən arıqlamaq üçün istifadə olunur. Bu, iştah küsdürür, maddələr mübadiləsini sürətləndirir və bədəndə piylər əriməyə başlayır”.

APA-nın məlumatına görə, bunu Məhkəmə Ekspertiza Mərkəzi Fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elvin Aslanov bildirib.

Tibb baş idarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov isə deyib ki, bunun nəticəsində orqanizmin daxili imkanları hesabına kənardan əlavə qidaya ehtiyac olmur, enerji ehtiyatı çox olur: “Bu da bir müddətdən sonra orqanizmin daxili enerjisinin tükənməsinə səbəb olur. Bu narkotik maddənin ən təhlükəli xüsusiyyəti odur ki, ilk qəbuldan asılılıq yaratmır və aldadıcı təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR