“Ailə institutunun gücləndirilməsi üçün əksər ölkələrdə ailə məhkəmələri fəaliyyət göstərir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, ailə məhkəmələri qardaş Türkiyədə artıq 2013-cü ildən başlayaraq çox səmərəli fəaliyyət göstərir: “Hətta 2019-cu ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə Rusiyada Ailənin və uşaq hüquqlarının müdafiəsi Məhkəməsi yaradılıb. Azərbaycanda da Ədliyyə Nazirliyinin müntəzəm olaraq evlənmə və boşanma ilə verdiyi hesabatlar ölkəmizdə ailə institutunun qorunması üçün bir həyəcan siqnalıdır. Düşünürəm ki, ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq siyasəti çərçivəsində ailə məhkəmələrinin yaradılması çox zəruridir”.
Milli Məclisdə ailə məhkəmələrinin yaradılması təklif olunub
29 oktyabr 2021 11:41 (UTC +04:00)
Sosial
Aprelin bütün sosial ödənişləri yekunlaşıb
18:38
25 aprel 2024
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:49
25 aprel 2024
Sumqayıtda yol hərəkəti qaydalarını pozan 196 piyada cərimə olunub
16:54
25 aprel 2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
16:49
25 aprel 2024