Musa Quliyev: “Qanun qəbul ediləndən sonra 800 meyar, diaqnoz üzrə faizlər müəyyən ediləcək”

Deputat Musa Quliyev

© APA | Deputat Musa Quliyev

# 08 iyun 2021 14:22 (UTC +04:00)

“Bu qanun qəbul ediləndən sonra 800 istiqamət üzrə - yəni 800 meyar, diaqnoz üzrə faizlər dəqiq müəyyənləşdiriləcək və Nazirlər Kabinetinin qərarı olacaq. Bu diaqnozlar ƏƏSMN-in saytında da yerləşdiriləcək. Hər bir əlil hələ ekspertizaya getməmiş diaqnozuna və faizə baxmaqla orqanizmin neçə faizini itirməsini biləcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, iş yerlərinin ağırlığına görə pensiyaya çıxma yaşının müəyyənləşdirilməsi yeni qanunlarda nəzərdə tutulub: “Dəyişikliklərin məqsədi büdcəyə qənaət deyil. Bu sənəddə maliyyə əsaslandırılmasından söhbət gedə bilməz. Çünki bu, işin maliyyə hissəsi deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR