Nazir müavini: "Bir neçə nəfərin saxta əlillik istəyi qazilərin hüquqlarının pozulmasıdır"

Nazir müavini: "Bir neçə nəfərin saxta əlillik istəyi qazilərin hüquqlarının pozulmasıdır"

© APA | Hidayət Abdullayev

# 17 iyun 2021 12:13 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlilliyi olan şəxslərin əlilliyinin ləğvi ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, nazir müavini deyib ki, bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq: "Bir neçə nəfərin saxta əlillik istəyi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin təyinatı ilə bağlı işlər aparılır. Vətən müharibəsi zamanı yaralanmış şəxslər nazirlik nümayəndələri tərəfindən evlərində ziyarət edilir, onların istək və ehtiyacları müəyyənləşdirilir. Bu siyahılar artıq bizdə var və onların 90 faizdən artığı ziyarət olunub. Vətən müharibəsində əlil olan şəxslərin də əlilliyi avtomatik olaraq təyin olunacaq".

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR