Nazirlik: Gənclərlə bağlı iki layihə hazırlanır

Fərid Qayıbov

© APA | Fərid Qayıbov

# 08 dekabr 2021 11:55 (UTC +04:00)

"Karyera yeni sosial nailiyyətlər əldə etmək imkanı verən statusdur. Əmək bazarında daimi şiddətli rəqabət müşahidə edilir. Gənclər peşəkar karyeranın formalaşmasında ziddiyyətli və mürəkkəb proseslərlə qarşılaşa bilərlər".

APA-nın məlumatına görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Gənclər və İdman naziri Fərid Qayıbov bildirib.

Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində aidiyyəti qurumlarla işlər görüləcək: "Bu istiqamətdə bir neçə layihə həyata keçiriləcək. Bunlarından biri "Kənd gənclərinin peşəkar inkişafı", digəri isə "Gənclərin elektron inkişaf planı”dır. Cəmiyyətin daima transformasiya olunduğunu və əmək bazarına tələbat artdığını unutmaq olmaz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR