Ötən il ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb

Ötən il ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb
# 23 iyun 2021 16:50 (UTC +04:00)

2020-ci ildə müxtəlif səbəblərə görə ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, ötən il akademik borca görə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 6954 olub. 

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə  xaric edilən tələbələrin sayı 4352 olub. Onlardan 2642-si bakalavriat, 363-ü magistratura, 608-i tam orta ixtisas bazası, 739 nəfərini orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 95 nəfər olub. Onlardan 83 nəfəri bakalavriat, 2-si magistratura, 2-si tam orta ixtisas bazası, 8-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Akademik borca görə xaric edilən tələbələrin sayı 497 nəfər təşkil edib. Onlardan 355 nəfəri bakalavriat, 14-üi magistratura, 42-si tam orta ixtisas bazası, 86-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilən tələbələrin sayı 2010 olub. Onlardan  1630  nəfəri bakalavriat, 17-si magistratura, 167-i tam orta ixtisas bazası, 196-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Eyni zamanda, təkrar kursda saxlanılan tələbələrin sayı da açıqlanıb. Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı 152 nəfər olub. Onlardan 23-ü bakalavriat, 48-i tam orta ixtisas bazası, 81-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR