Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 02 iyun 2021 16:45 (UTC +04:00)

Baş Prokurorluq Elektron prokurorluq” informasiya sistemi haqqında əsasnamənin layihəsini hazırlayacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Baş Prokurorluq Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Elektron prokurorluq” informasiya sistemi haqqında əsasnamənin layihəsini Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncama əsasən, Baş Prokurorluq Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Prokurorluq haqqında” qanununda nəzərdə tutulmuş, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasının layihəsini on beş gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR