“Qarabağ” daha 4 futbolçusu ilə yeni müqavilə bağlayacaq

“Qarabağ” daha 4 futbolçusu ilə yeni müqavilə bağlayacaq
# 27 may 2021 15:34 (UTC +04:00)

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”da daha bir neçə futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, konkret olaraq 4 oyunçu Ağdam klubundakı çıxışını davam etdirəcək.

Müqavilə müddəti başa çatan müdafiəçilər Rahil Məmmədov, Abbas Hüseynov və yarımmüdafiəçilər Qara Qarayevlə Filip Ozobiç yeni sözləşməyə qol çəkəcək. Adıçəkilən oyunçularla danışıqlar, demək olar ki, yekunlaşıb. Yaxın müddətdə bu məsələ rəsmiləşəcək və futbolçular müqavilə müddətini uzadacaqlar.

Qeyd edək ki, “Qarabağ” buna qədər müdafiəçilər Maksim Medvedev, Bədavi Hüseynov və Elvin Cəfərquliyevlə yeni saziş imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR