Qubada torpaq sürüşməsi davam edir, 25 ev təhlükəli ərazidə yerləşir - FOTO - VİDEO

Qubada torpaq sürüşməsi

© APA | Qubada torpaq sürüşməsi

# 14 oktyabr 2021 15:55 (UTC +04:00)

Qubanın Qrız Dəhnə kəndində baş verən torpaq sürüşməsi davam edir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 50 hektar ərazini əhatə edən sürüşmə zonasında bu gün də aktivlik müşahidə olunub.

Quba rayon İcra Hakimiyyətinin Əlik inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, təhlükəli zonada 25 yaşayış evi var: “Onlardan 2-si kənd sakinlərinə məxsusdur və digərlərində isə yaşayış yoxdur. Həmin evlərdə yaşayan vətəndaşlar da təhlükəsiz əraziyə köçürülüb”.

Sürüşmə baş verən ərazinin bir qismi vətəndaşlara məxsus özəl pay torpaqlarıdır. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb, müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR