Şamaxıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

Şamaxıda qanunsuz heyvan kəsimi məntəqələri

© APA | Şamaxıda qanunsuz heyvan kəsimi məntəqələri

# 02 iyul 2021 10:24 (UTC +04:00)

Şamaxı rayonu ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Əhmədov Mehman Əhməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Teyyubov Səbuhi Mülkəsahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Azər Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Babayev Rəşad Ələmdar oğluna məxsus heyvan kəsimi məntəqəsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR