TƏBİB: 3-cü dozanı almış 60 yaşdan yuxarı şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmadan qorunma 19 dəfə artır

Yaqut Qarayeva

© APA | Yaqut Qarayeva

# 07 oktyabr 2021 15:17 (UTC +04:00)

“Tədqiqatlara əsasən, koronavirusa qarşı peyvəndin 3-cü dozasını almış, yaşı 60-dan yuxarı olan şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmadan qorunma isə 19 dəfə artıb”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

O, bir sıra ölkədə aparılan tədqiqatların nəticələri və 3-cü doza peyvəndlənmənin aparılmasının əhəmiyyətindən danışıb: “Üçüncü doza buster dozadır. 4 doza peyvənd vurdurmaq artıq revaksinasiyadır. Bütün dünyada artıq buster doza qəbul olunub. “SinoVac” şirkəti bizə rəsmi məktub göndərir və qeyd edir ki, yaşlı insanlarda buster dozanın 6 aydan sonra vurulması çox gözəl nəticə verir. Eyni şeyi “Pifizer” şirkəti də deyir”.

Y.Qarayeva kimlərin revaksinasiya ola biləcəyinə də aydınlıq gətirib: “Elə insanlar var ki, 2 doza “CoronaVac” vurdurur, heç bir nəticə ala bilmir. Yəni, bu o insanların immun sisteminin xüsusiyyətidir. O insanlar innovaktiv texnologiya ilə istehsal olunan vaksinə cavab vermirlər. Həkim olaraq həmin insanlara məsləhət görürəm ki, başqa platformanı yoxlasınlar. Bunun “Pfizer” olması mütləq deyil. O insanlar “Sputnik V” də vurdura bilər, digərlərini də... Vaksin kursunun tamamlanması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR