TƏBİB: Hindistan ştammının ölkəyə gəlmə ehtimalı yüksəkdir

TƏBİB: Hindistan ştammının ölkəyə gəlmə ehtimalı yüksəkdir
# 25 iyun 2021 16:24 (UTC +04:00)

“Türkiyənin 16 vilayətində koronavirusun Hindistan ştammı aşkarlanıb”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu ştamm dünyanın 90-dan çox ölkəsində qeydə alınıb: “Hazırda bizdə koronavirusa yoluxma sayı azdır. Azərbaycanda bu ştamma yoluxuma olmayıb. Bu ştammın ölkəyə gəlmə ehtimalı da yüksəkdir. Çünki Azərbaycan digər ölkələrdən izolə olunmuş vəziyyətdə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR