TƏBİB-in yeni sədr əvəzi kollektivə təqdim edilib

Vüqar Qurbanov

© APA | Vüqar Qurbanov

# 13 sentyabr 2021 16:57 (UTC +04:00)

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub.

Bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR