Tibb müəssisələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib - FOTO

Yanğına qarşı maarifləndirmə tədbirləri

© APA | Yanğına qarşı maarifləndirmə tədbirləri

# 19 oktyabr 2021 17:59 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Binəqədi rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 nömrəli bölməsində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Yasamal rayon 16 nömrəli Şəhər Poliklinikasında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xəzər rayon Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzində, 4 nömrəli Uşaq Somatik Sanatoriyasında, Şağan Müalicə Pansionatında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər Uşaq Stomatoloji Poliklinikasında, Yeni Gəncə Tibb Mərkəzində, Akademik Z.Məmmədov adına Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzində və Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Şəki Əlillərin Regional Bərpa Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirlərdə dəm qazı təhlükəsi, məişətdə yanğın təhlükəsizliyi, odsöndürənlərdən istifadə qaydası mövzularında çıxışlar edilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb. Həmçinin, adıçəkilən obyektlərdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR