TN: İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahanı digər imtahanlardan çətinliyinə görə fərqlənib

TN: İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahanı digər imtahanlardan çətinliyinə görə fərqlənib

© APA | Təhsil Nazirliyi

# 29 iyul 2021 11:14 (UTC +04:00)

“Müəllimlərin işə qəbul imtahanında istifadə olunan təxminən 5000-ə qədər testin elmi-statistik təhlili aparılıb”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, müəyyən olunub ki, 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda istifadə olunan testlər digər tarixlərdəki imtahanlardan çətinliyinə görə fərqlənib.

C. Valehov deyib ki, ona görə də həmin günlərdə iştirak edən namizədlər üçün təkrar imtahan müəyyən olunub: “Təkrar imtahanda iştirak etmək üçün namizədlər 30 iyul 23:59-a qədər müraciət edə bilərlər. İndiyə qədər 3000-ə qədər müraciət olub. Ümumilikdə MİQ-də iştirak etmək üçün təxminən 60 minə yaxın şəxs müraciət edib. İindiyə qədər 35 minə qədər namizəd imtahanlarda iştirak edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR