TN: Sentyabrın 8-9-da təkrar apellyasiya müsahibələrinin keçirilməsi planlaşdırılır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 03 sentyabr 2021 17:48 (UTC +04:00)

“Sentyabrın 8-9-da təkrar apellyasiya müsahibələrinin keçirilməsi planlaşdırılır”.

APA-nın məlumatına görə, bunu İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı çıxışında deyib.

Onun sözlərinə görə, təkrar müsahibələrin onlayn şəkildə keçirilməsinə dair qərar verilib: “300-dən artıq şəxs müsahibə üçün müraciət edib. Onlara bununla bağlı məlumat göndəriləcək”.

N. İsmayılbəyli onu da bildirib ki, tədris ili ərzində boşalmış vakant yerlərə hər il olduğu kimi əlavə yerləşdirmə təşkil ediləcək. Onun sözlərinə görə, vakant yerlərlə bağlı məlumat telefon vasitəsilə namizədlərə bildiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR