Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Azərbaycanda medalla təltif olunub - FOTO

Türkiyənin Ali Məhkəməsinin Baş Prokuroru Azərbaycanda medalla təltif olunub

© APA | Türkiyənin Ali Məhkəməsinin Baş Prokuroru Azərbaycanda medalla təltif olunub

# 31 may 2021 11:17 (UTC +04:00)

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyev tərəfindən təltif olunub.

APA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, B. Şahin Azərbaycan Respublikası Prokurorluq orqanlarının 100 illiyi yubiley medalı ilə təltif edilib.

Medal bu gün Baş Prokurorluqda keçirilən görüşdə B. Şahinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR