Türkiyə Azərbaycanda seysmik dərin quyu stansiyası istifadəyə verəcək

AFAD və RSXM arasında Razılaşma Protokolu imzalanıb

© APA | AFAD və RSXM arasında Razılaşma Protokolu imzalanıb

# 03 dekabr 2021 13:19 (UTC +04:00)

Dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair 1-3 dekabr 2021-ci il tarixlərində aparılmış danışıqların nəticəsinə dair Razılaşma Protokolu imzalanıb.

RSXM-dən APA-ya bildiirlib ki, protokolu Türkiyə tərəfindən Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Azərbaycan tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli imzalayıblar.

Razılaşmaya əsasən, Türkiyə tərəfi Azərbaycana dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ildə quraşdırılması nəzərdə tutulur.

Bundan başqa, qardaş ölkə Qarabağda seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərə dair seysmik stansiya məlumatlarının mübadiləsi sahəsində Azərbaycana dəstək verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR