Türkiyəli bloger: "İşğaldan azad olmuş əraziləri ziyarət edəcəyim üçün həyəcanlıyam"

türkiyəli fotoqraf-bloger Mustafa Seven

© APA | türkiyəli fotoqraf-bloger Mustafa Seven

# 29 may 2021 11:15 (UTC +04:00)

"Səfərimizin məqsədi Azərbaycanı dünyaya daha doğru və düzgün tanıda bilməkdir".

Bunu APA-ya açıqlamasında türkiyəli fotoqraf-bloger Mustafa Seven deyib.

O bildirib ki, turizmin dünyada inkişafı fonunda "Show Me Azərbaijan" layihəsi olduqca əhəmiyyətlidir: "Bizimlə birlikdə dünyanın müxtəlif ölkələrindən fotoqraf, blogerlər iştirak edirlər. Onlar vasitəsilə Azərbaycanın və eləcə də bölgələrinin dünyaya tanıdılması çox vacibdir. Bundan əvvəl də Bakıda olmuşdum. Bu dəfə isə həyat yoldaşımla gəlmişəm".

Səfər çərçivəsində işğaldan azad olmuş əraziləri də ziyarət edəcəklərini deyən türkiyəli fotoqraf həyəcanlı olduğunu vurğulayıb: "Qarabağda yaşananları yerində görmək imkanı qazanacağıq. Baş verənləri yerində görmək imkanı əldə edəcəyik. Nə qədər kədərli olsa da, bu torpaqların yenidən Azərbaycana qayıtması baxımından olduqca həyəcanlıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR