Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir

Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir
# 21 may 2021 16:04 (UTC +04:00)

Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR