Bank Of Baku

Rumıniya Prezidenti: Ukraynada sülh üçün daha çox imkan gələn ilin yazında yaranacaq

Rumıniya Prezidenti Nikuşor Dan

© APA | Rumıniya Prezidenti Nikuşor Dan

# 26 noyabr 2026 15:06 (UTC +04:00)

Ukraynada müharibənin başa çatması ilə bağlı sülh sazişinin əldə olunması üçün daha əlverişli imkanlar 2027-ci ilin yazında yarana bilər.

APA xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan Brüsseldə Avropa İttifaqı Şurasının iclası öncəsi jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, gələn ilin yazında sülh üçün daha çox imkan olacaq”, – Rumıniya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Rusiya qışın Ukrayna cəmiyyətinə təzyiq vasitəsinə çevriləcəyinə ümid edir. Xüsusilə Ukraynanın enerji infrastrukturunun fəaliyyətində yaranan çətinliklərin ölkədə vəziyyətə təsir göstərə biləcəyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR