Vikinqlərə məxsus nadir qızıl sırğa tapılıb - FOTO

Qızıl sırğa

© APA | Qızıl sırğa

# 06 dekabr 2021 13:03 (UTC +04:00)

Danimarkada tədqiqatçılar XI əsrə aid qızıl sırğa tapıblar.

APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, sırğa Danimarka Milli Muzeyində sərgilənəcək.

Bildirilib ki, XI əsrə aid unikal qızıl sırğa əvvəllər Skandinaviya ölkələrində görülməyib. Sırğanın Bizans imperatoru tərəfindən onun himayəsində olan bir vikinqə şəxsən hədiyyə edildiyi güman olunur. Zərgərlik nümunəsinin Bizans və ya Misir mənşəli olması güman edilir. Bütün dünyada sadəcə 10-12 ədəd belə sırğa olduğu vurğulanıb.

“Vikinqlər səyahətlərdən qayıdan zaman evlərinə minlərcə gümüş sikkə gətirsələr də qızıl sırğa gətirməklərinə heç təsadüf olunmayıb”, - muzeyin müfəttişi Peter Pentz deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR