Qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasan, təqsirləndirilən Guzal Mamatova 6 il 6 ay il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, əvvəllər "Moskva" univermağında qızıl satışı ilə məşğul olan Guzal Mamatova qazandığı etibardan istifadə edərək tanıdığı şəxslərin ona verdikləri qızılların Özbəkistanda satışını həyata keçirib. Bu yolla yarım milyon manat dəyərində qızıl-zinət əşyalarını müştərilərdən alaraq pulunu mənimsəyib.
Guzal Mamatovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.