"YAŞAT" marafonuna 63 ölkədən soydaşlarımız qoşulub

YAŞAT Fondunun tədbiri

© APA | YAŞAT Fondunun tədbiri

# 08 dekabr 2021 13:08 (UTC +04:00)

""YAŞAT" marafonuna 63 ölkədə yaşayan soydaşlarımız qoşulub".

APA-nın məlumatına görə, bunu "YAŞAT" Fondunun bir illik hesabat tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, marafonda bir gün ərzində 1 milyon manatdan artıq vəsait toplanıb və "YAŞAT" Fonduna köçürülüb: "Üç ay ərzində 3 milyon manatdan çox vəsait toplanıb. ABŞ-dan 200 min dollar ianə toplanılıb. Rusiyadan isə 30 min dollar dəyərində 2 ədəd cərrahi aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR