“YayFest” gənclər festivalının açılışı olub - FOTO

“YayFest” gənclər festivalı

© APA | “YayFest” gənclər festivalı

# 30 iyul 2021 12:13 (UTC +04:00)

Şamaxıda “Yay Fest” festivalının açılış mərasimi olub.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, açılış mərasimində Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Şamaxı Astrofizika Rəsədxanasının rəhbəri Namiq Cəlilov iştirak edib.

Çıxışçılar Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətində müxtəlif sahələrdə - təhsil, məşğulluq, innovasiya, idman və digər sahələrdə gənclər üçün yaradılan imkanlardan, həmçinin bu tip düşərgələrin gənclərin əylənərək öyrənməsi baxımından faydasından danışıblar. Dövlət gənclər siyasətinin mərkəzində gənclərin vətənpərvər, təhsilli, sağlam və geniş dünya görüşünə malik olması dayandığı qeyd edilib. Çıxışlarda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən və bu qələbənin əldə olunmasında gənclərin xüsusi rolu vurğulanıb.


Qeyd edək ki, bir ay ərzində keçiriləcək festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsilə 5 düşərgə şəklində təşkil olunacaq.


Düşərgələrin hər birində vətənpərvərlik, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirələr keçiriləcək, dövlət və özəl qurumların nümayəndələri və eləcə də millət vəkilləri, dövlət və özəl qurum nümayəndələri, təlimçi, ulduz və bloqerlərlə görüşlər təşkil olunacaq.
Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı və kino nümayişi planlaşdırılır.


Bu il “Ulduzlara doğru” şüarı ilə gəncləri ətrafına toplayan festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.


Ötən ay elan olunan festivala 3000-dən çox gənc müraciət edib. Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR