Agentlik sədri: "Bakının yarısında mərkəzləşdirilməmiş kanalizasiya şəbəkələri mövcuddur"

Agentlik sədri: "Bakının yarısında mərkəzləşdirilməmiş kanalizasiya şəbəkələri mövcuddur"
# 20 aprel 2021 16:20 (UTC +04:00)

“Ümumiyyətlə, Azərbaycanın indiyə kimi ən başlıca problemlərindən biri tullantı sularının normal qaydalara uyğun idarə olunmamasıdır”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, Bakı şəhərinin təxminən 50-55 faizə qədəri mərkəzləşdirilməmiş kanalizasiya şəbəkələridir. “Toplanan tullantı sular bu və ya digər vasitələrlə son nəticədə Xəzər dənizinə istiqamətlənir. Bu problemin köklü surətdə həll olunması üçün investisiya qoyulmalıdır. Məsələ şəhərbəşəhər təmin olunmalıdır. Bakı şəhəri və bütün rayonların tullantı sularının idarəolunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayonda , insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana sistemi ilə birlikdə kanalizasiya sistemi qurulub, təmizləyici qurğular artıq fəaliyyət göstərir. Əlbəttə ki, bu yetərli deyil. Bakı şəhərində müxtəlif qəsəbələrdə kanalizasiya şəbəkəsinin olmaması göllərin əhatə dairəsinin artmasına, müəyyən mənada ətrafın çirklənməsinə, o cümlədən atmosferin, torpaqların çirklənməsinə səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR