Balıq ehtiyatlarına nəzarət mexanizmi təkmilləşdirilir

#
# 17:07
13 aprel 2021

“Balıq ehtiyatlarına nəzarət mexanizminin təkmilləşdirilməsi üçün Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişiklər edilməsi barədə qərar layihəsi hazırlanıb”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, bu qərar layihəsi müvafiq dövlət orqanları ilə razılaşdırma prosesindən keçib: “Artıq bu layihə Nazirlər Kabinetinə təqdim olunub. Yaxın günlərdə qəbul olunması gözlənilir”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR