Bu il sosial təminat növləri üzrə əhaliyə 1 milyard manatdan çox vəsait ödənilib

Bu il sosial təminat növləri üzrə əhaliyə 1 milyard manatdan çox vəsait ödənilib
# 15 aprel 2021 14:33 (UTC +04:00)

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR