Dünyada COVID-19-a yoluxanların sayı 150 milyonu ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 150 milyonu ötüb
# 30 aprel 2021 10:39 (UTC +04:00)

Dünyada COVID-19-a yoluxanların sayı 150 milyonu keçib.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, dünyada koronavirusa yoluxanların sayı 150 530 783 nəfərə çatıb.

Xəstəlikdən ölənlərin sayı 3 165 978, virusdan sağalanların sayı isə 87 570 816 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR