Müəllimliyə namizədlərdən 465-i müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib

Müəllimliyə namizədlərdən 465-i müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib
# 26 aprel 2021 18:15 (UTC +04:00)

Fevralın 21-22-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, cari müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, aprelin 27-28-də onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR