TƏBİB məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinin vəziyyətini açıqlayıb

TƏBİB məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinin vəziyyətini açıqlayıb
# 07 sentyabr 2020 16:29 (UTC +04:00)

"Bakıda məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir".

Bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, məktəbliyə qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, bu gün Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR