“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilir

“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilir
# 14 sentyabr 2020 17:11 (UTC +04:00)

Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

Qeyd edək ki, yeni xidmət I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR