Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 17 may 2021 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 694 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 471 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 798 743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 032 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766 689 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR