FHN Akademiyasının rəisi beynəlxalq forumda iştirak edib

FHN Akademiyasının rəisi beynəlxalq forumda iştirak edib

© APA | FHN Akademiyasının rəisi beynəlxalq forumda iştirak edib

# 17 may 2021 17:13 (UTC +04:00)

Ukrayna Milli Mülki Müdafiə Universitetinin təşkilatçılığı, Azərbaycan, Latviya, Polşa və Gürcüstan nümayəndələrinin iştirakı ilə onlayn rejimdə "Dövlət təhlükəsizliyini təmin etmək üçün dövlət idarəetməsinin effektiv mexanizmlərinin formalaşdırılması" adlı beynəlxalq forum keçirilib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, forumda FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev iştirak edib.
Tədbirdə çıxış edən general-mayor B.Salayev bildirib ki, müasir şəraitdə ölkələrin sosial-iqtisadi inkişafında və dövlət təhlükəsizliyinin gücləndirilməsində təhsilin və elmin rolu artmaqdadır.
Fövqəladə halların qarşısının alınması və cavab tədbirlərin görülməsi sahəsində bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumların təcrübəsi və qarşılıqlı münasibətlər vacib əhəmiyyət daşıyır. Pandemiya şəraitində keçirilən bu forum bir çox aktual məsələlər, həyat fəaliyyətinin təhlükəsizliyi, o cümlədən dövlət təhlükəsizliyinin təmin edilməsində təhsil problemləri barədə fikir mübadiləsi üçün geniş bir platformanı təmin edəcəkdir.
Forum iştirakçıları qarşılıqlı əlaqələrin inkişafı və qazanılan təcrübələr barəəsində də fikir mübadiləsi aparıblar.
Sonra tədbirdə təhlükəsizlik sahəsindəki dövlət siyasəti və idarəetmə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, bu sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR