Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

BNA

© APA | BNA

# 14 may 2021 13:30 (UTC +04:00)

Sabunçu rayonmu Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR