Flora Kərimova “Sənə güvəndiyim dağlar” mahnısına klip çəkdirəcək

Flora Kərimova “Sənə güvəndiyim dağlar” mahnısına klip çəkdirəcək
# 13 fevral 2007 10:53 (UTC +04:00)
Xalq artisti Flora Kərimova sözləri Baba Vəziroğluna məxsus “Sənə güvəndiyim dağlar” mahnısına klip çəkdirəcək. F. Kərimovanın APA-ya verdiyi məlumata görə, klipin çəkilişləri onun səhhəti ilə bağlı bir az gecikəcək: “Klipin çəkilişləri üzümdə aparılan plastik əməliyyatla əlaqədar ləngiyir. Artıq özümü çox yaxşı hiss edirəm və tam rahatam. Çəkiliş qrupu mənə çox səbirlə yanaşır və vəziyyətimi başa düşür”. F.Kərimova bildirib ki, artıq klipin çəkilişlərinin aparılacağı yer müəyyənləşib. Klipin rejissoru Ülviyyə Könüldür. Martın ortalarında isə F. Kərimova Avropa ölkələrindən birinə səfər edəcək. Səfər zamanı o, həm istirahət etməyi, həm də konsert proqramı ilə çıxış etməyi planlaşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR