Faiq Ağayev Nadir Qafarzadəyə sonuncu xəbərdarlıq edib

Faiq Ağayev Nadir Qafarzadəyə sonuncu xəbərdarlıq edib
# 03 avqust 2007 08:08 (UTC +04:00)
Əməkdar artist Faiq Ağayev müğənni Nadir Qafarazadəyə sonuncu xəbərdarlıq edib. F. Ağayev APA-ya açıqlamasında Nadir Qafarzadənin onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr işlətdiyini deyib: “O, mənim barəmdə “... O Allaha rüşvət verib anadan olub”, “...O bir ləkədir”, “Faiq Ağayev cinayətkardır”, “O əməkdar artst adını yaltaqlıqla alıb, ona bu adı prezident verməyib” kimi ifadələr işlədib. Nadir Qafarzadə bu ifadələrinə görə, məndən, valideynlərimdən, ölkə başçısından rəsmən televiziya vasitəsi ilə üzr istməlidir. Əks təqdirdə, mən Azərbaycan qanunvericiliyində bu ifadələrin işlədilməsinə görə, nəzərdə tutulan bütün tədbirlərdən istifadə edib, hüquqlarımı qoruyacağam”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR