“Alabina” qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edəcək

“Alabina” qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edəcək
# 13 avqust 2007 09:54 (UTC +04:00)
Bunu APA-ya konsertin təşkilatççısı “Uor-stile” kompaniyasının meneceri Zaur Babayev deyib. Onun sözlərinə görə, qrupun əsasını qoyan və hazırda solisti bütün dünyada məşhur olan İştardır. Qrupun özünəməxsus stili ərəb, ispan -qaraçı və fransız mahnılarının sintezi ilə tamamlanır. “Alabina”, “Oley Ola”, “Habibi des amores” ilk kompozisiyaları dünya hitinə çevrilib. Bu qrup London, Sidney, Fransa şəhərlərində, İsrail, Meksika, Avstraliya, Bombey və Moskvada böytük uğurlar qazanıb. İştar Nyu-York və Parisdə böyük tirajla satılan 5 albom yazıb.
Qeyd edək ki, konsertin biletlərinin qiyməti 30 manatdan 90 manata qədərdir./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR