Azərbaycan millisinin hücumçusu “Leqanes”lə müqavilə imzalayıb

Azərbaycan millisinin hücumçusu “Leqanes”lə müqavilə imzalayıb
# 03 iyul 2020 15:29 (UTC +04:00)

Qadınlardan ibarət Azərbaycan millisinin basketbolçusu Aleks Mollenhauerin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu karyerasını İspaniyada davam etdirəcək.

1,83 m boya malik basketbolçu “Leqanes”lə anlaşıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Milliləşdirilmiş amerikalı son iki mövsümü ölkəsinin Tələbə İdmanı Milli Assosiasiyasında (NCAA) mübarizə aparan Anderson Universitetində keçirib. O, ikinci divizionda hər oyunda orta hesabla 19,7 xal, 8,2 topalma və 3,4 ötürməyə imza atıb.

Azərbaycanın 3x3 yığmasının üzvü NCAA ikinci divizionunda mövsümün rəmzi komandasına daxil edilib.

Qeyd edək ki, “Leqanes” İspaniya çempionatının II divizionunda ötən mövsüm A qrupunda 4-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR