Azərbaycan Turizm İnstitutunda “Almaniya səyahətlər ölkəsi” adlı sərgi keçiriləcək

Azərbaycan Turizm İnstitutunda “Almaniya səyahətlər ölkəsi” adlı sərgi keçiriləcək
# 21 fevral 2009 10:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Fevralın 24-də Azərbaycan Turizm İnstitutunda (ATİ) “Almaniya səyahətlər ölkəsi” adı altında sərgi keçiriləcək. İnstitutdan APA-ya verilən məlumata görə, Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə Almaniyanın müxtəlif sahələrinə dair 25 plakat nümayiş ediləcək.

Sərgidə “Bura Almaniyadır” adlı qısametrajlı film də göstəriləcək. Tədbirdə ATİ rəhbərliyi, səfirliyin məsul əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR