Gürcüstana səfər edənlərin sayı ötən il 80% azalıb

Gürcüstana səfər edənlərin sayı ötən il 80% azalıb
# 11 yanvar 2021 12:45 (UTC +04:00)

2020-ci ildə Gürcüstana 1,515 mln. beynəlxalq səfər baş tutub ki, bu da 2019-cu illə müqayisədə 80,4% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat ilində bu ölkəyə ən çox səfər Türkiyədən baş tutub – 335 949 səfər. Digər yerlərdə isə müvafiq olaraq Azərbaycan (295 175 nəfər),  Ermənistan (261 295 nəfər) və Rusiya (209 169 nəfər) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR