Azərbaycanda turizmin inkişafına zəmin yaradan dəyişikliklər nəzərdə tutulub

Azərbaycanda turizmin inkişafına zəmin yaradan dəyişikliklər nəzərdə tutulub
# 11 oktyabr 2021 14:03 (UTC +04:00)

Dövlət Vergi Xidməti (DVX), Dövlət Turizm Agentliyi, ictimai təşkilatlar və hotel sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, razılıq hotelçilik sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələri ilə görüşü zamanı əldə olunub.

Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, “kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması üçün görülən işlərin təkcə nəzarətin gücləndirilməsi ilə deyil, eyni zamanda daha çox təşviqlər, güzəştlərin tətbiqi və stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində aparıldığını vurğulayıb. Baş idarə rəisi turizm sektorunun ölkə iqtisadiyyatının prioritet sahələrindən hesab olunduğunu, bu baxımdan ortamüddətli dövr üzrə turizmin inkişafına zəmin yaradan dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR