2008-ci ilin sentyabrında Diplomatiya Akademiyasına qəbul magistr proqramı üzrə aparılacaq

2008-ci ilin sentyabrında Diplomatiya Akademiyasına qəbul magistr proqramı üzrə aparılacaq
# 27 aprel 2007 13:38 (UTC +04:00)
“Diplomatiya Akademiyasında fəaliyyət göstərən hər kursda 30 diplomat hazırlanır. Burada kurslar əsasən Xarici İşlər Nazirliyinin əməkdaşları üçün keçirilir. Mühazirələr o qədər maraqlı keçir ki, hətta mən özüm oturub qulaq asıram”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev deyib. Onun sözlərinə görə, 2008-ci ilin sentyabrında akademiyaya qəbul magistr proqramı üzrə aparılacaq: “Biz istəyirik ki, heç olmasa 30 nəfərdən ibarət sinif təşkil edək. Onların yarısı xarici ölkələrdən ola bilər”. Akademiyanın rektoru qəbul zamanı beynəlxalq normaların əsas götürüləcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR