Hüseyn Avni Karslıoğlu: “Ramazan bayramının ən qısa zamanda Azərbaycan torpağı Qarabağda da qeyd edilməsini diləyirəm”

Hüseyn Avni Karslıoğlu: “Ramazan bayramının ən qısa zamanda Azərbaycan torpağı Qarabağda da qeyd edilməsini diləyirəm”
# 11 oktyabr 2007 09:14 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təbrik mesajında bildirilir ki, bu müqəddəs ayda insanların maddi və mənəvi cəhətdən bir-birinə yaxınlaşması, sosial həmrəylik və birliyin yaranması ilə bağlı ən gözəl örnəklər yaşanır: “Bu ayda insan olmağın ən yüksək idrakını, Allaha yaxın olmağın ən səmimi duyğularını və həzzini hiss edən, gündəlik həyatın problemlərindən ayrılan insanlar indi bayram sevinci yaşayır. Bayram özünüdərkin, cəmiyyətdəki birliyin, yoxsul və kimsəsizləri sevindirməyin əvəzsiz yoludur. Uca Allahdan neçə-neçə xoşbəxt bayramlara qovuşmaq arzusu ilə Azərbaycan xalqının, bütün millətimizin Ramazan bayramını ən səmimi duyğularla təbrik edirəm. Bayramın millətimiz, islam aləmi və bütün insanlıq üçün sağlıq, hüzur, xoşbəxtlik bəxş etməsini və bu bayramların ən qısa zamanda Azərbaycan torpağı Qarabağda da qeyd edilməsini diləyirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR