Türkiyə səfiri: “Terror hücumlarının qarşısının alınması üçün kimsədən dəstək və ya icazə gözləmirik”

Türkiyə səfiri: “Terror hücumlarının qarşısının alınması üçün kimsədən dəstək və ya icazə gözləmirik”
# 22 oktyabr 2007 10:45 (UTC +04:00)
O, Türkiyənin bir daha belə hücumlara məruz qalmaması üçün lazım olan bütün addımları atacağını bildirib: “Bu addımı atanlar kim olursa-olsun, insanlıqdan uzaq olduqları üçün cəzalarını aldılar. İnşallah, bundan sonra əsgərlərimizin nahaq qanı tökülməz. Türkiyə belə hücumların olmaması üçün lazımi addımlar atacaq. Bu məsələdə başqa kimsədən icazə və ya dəstək gözləmirik. Dəstək verirlərsə, çox yaxşı, amma kimsədən icazəyə ehtiyac yoxdur”. Səfir Şimali İraqda ərazisində hərbi əməliyyatların keçirilməsinə dair parlament qərarının ölkənin Avropa Birliyinə daxil olmasına hər hansı əngəl törədəcəyini güman etmədiyini bildirib: “Bu məsələlər bir-birindən tamamilə fərqlidir. Biri terror hadisəsi, digəri isə Türkiyənin mədəniyyət və demokratiya yolundakı irəliləyişdir. Bu bir mədəniyyət layihəsidir. Belə bir layihə ilə terrorçulara qarşı mübarizəni qarışdırmaq olmaz. Əksinə, belə hadisələr Avropanın da gözünü açmalıdır”. Səfir Türkiyə parlamentinin xüsusi qərar qəbul etməsinə rəğmən ordunun Şimali İraq ərazisinə daxil olmayacağı barədə iddialara da münasibət bildirib: “Türkiyənin atacağı addımlar görünəcək. Əsgərlərimizin şəhid olmasından sonra Türkiyənin həmin əraziyə daxil olmasını görəcəyik. Bu işlərin hesabı, kitabı var. Nə zaman lazım olsa, o zaman da Şimali İraqa daxil olacağıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR