Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüblər

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüblər
# 26 oktyabr 2007 13:00 (UTC +04:00)
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerolayn Braunla görüşüblər. Bu barədə APA-ya Monitorinq Qrupunun üzvü, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı bildirib. S. Qocamanlı deyib ki, görüşdə ölkəmizdə insan haqlarının durumu, həbsdə olan jurnalistlər, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin davam etməkdə olan məhkəmə prosesi, siyasi məhbus problemi barədə fikir mübadiləsi aparılıb: “Xanım səfir hüquq müdafiəçilərinin Strasburq səfəri ilə bağlı maraqlandı. Biz də bu barədə ona məlumat verdik və Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladıq”. S. Qocamanlının sözlərinə görə, Monitorinq Qrupu üzvlərinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə silsilə görüşləri davam edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR