Azərbaycanın Kubada diplomatik ofisi açılıb

Azərbaycanın Kubada diplomatik ofisi açılıb
# 04 dekabr 2007 11:18 (UTC +04:00)
Azərbaycan Kubada diplomatik ofisini açıb. Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, diplomatik ofisə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşı İlham Ağayev rəhbərlik edir. Ofisin açılışı 30 noyabr-1 dekabrda Kubada keçirilmiş Azərbaycan-Kuba hökumətlərarası iqtisadi komissiyanın iclası çərçivəsində həyata keçirilib. Ofisin açılışında iqtisadi inkişaf naziri Heydər Babayev və xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR